Ru
14:12 / 10 Fevral 2021

“Disney”in studiyası bağlanır

1427
“Walt Disney Co.” şirkəti koronavirus nəticəsində ortaya çıxan çətinliklərə görə “Blue Sky” animasiya bölməsini bağlayır.

Qarşıdakı 2 ay ərzində həmin bölümdə çalışan 450-dək əməkdaş ixtisar olunacaq. 25 il bundan əvvəl yaradılan “Blu Sky” daha çox “Buz dövrü” və “Rio” filmlərinə görə, son olaraq isə “Maskalı casuslar” (2019) filminə görə şöhrət qazanıb.

Son bir il ərzində “Disney” şirkəti “Radio Disney”, “Disney Channel” telekanalının Böyük Britaniya bölümü kimi geniş rəğbət görən təsisatlarını, hətta ilkin “Disneyland” parkındakı illik xidmətləri belə bağlamaq məcburiyyətində qalıb.

Ötən maliyyə ilində “Disney” şirkəti satışlarda 2,86 milyard ABŞ dolları məbləğində ziyana uğrayıb./Report


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər