Distant təhsil rejimi bu tarixədək uzadıldı

Nazirlər Kabineti "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” qərarına dəyişiklik edib.

"Bakupost.az" xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, ölkə ərazisində distant (məsafədən) təhsilin müddəti dekabrın 30-dək uzadılıb.