Ru
21:37 / 17 May 2021

Dmanisidə dava edənlər arasında barışıq oldu - FOTO

2497
Gürcüstanın Dmanisi rayonunda mübahisə tərəfləri arasında barışıq əldə olunub.

Bakupost.az xəbər verir ki, bu barədə şərqi Gürcüstanın müftisi Etibar Eminov Dmanisi meriyasında keçirilən görüşdən sonra bildirib.

Onun sözlərinə görə, tərəflər bir-birini bağışlayıb: “Məişət zəminində baş vermiş qarşıdurma daha da gərginləşə bilərdi. Gərginliyə din xadimləri, dövlət rəsmiləri və Dmanisi sakinlərinin iştirakı ilə son qoymaq mümkün oldu”.

Görüşdən sonra tərəflər barışıq rəmzi olaraq əl sıxıblar.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər