Ru
23:48 / 29 Dekabr 2020

"Dostum zəng edib deyir ki, nə badə öləsən...” - Rasim Balayev

2307
“Koronovirus pandemiyasına görə heç yerə çıxa bilmirik, oturmuşuq evdə. Əvvəl yoluxma sayı 3-4 nəfər idi, indi isə minlərlədir. Bu həqiqətən də ciddi göstəricidir. Nə dəfnə gedə bilirik, nə də dost-tanışın evinə. Ölən də urvatsız ölür. O qədər sənət yoldaşlarımız dünyasını dəyişdi, hansına gedə bildik? Bir dostum var, zəng edib deyir ki, ölmək vaxtı deyil, nə badə öləsən”.

"BakuPost" bildirir ki, bu sözləri Xalq artisti Rasim Balayev moderator.az-a açıqlamasında deyib. Aktyor pandemiyaya görə, şəhərdən kənarda qaldığını söyləyib:

“Uzun müddətdir ki, Şüvəlandakı bağ evimdə qalıram. Burada şərait o qədər də yaxşı deyil. Nə qədər evdə oturmaq olar? Amma başqa çarəmiz də yoxdur. Bu faciədir. İnsan dəli olmaq dərəcəsinə çatır. Az qalır başı xarab olsun. Mən ömür boyu işdə-gücdə, çəkilişlərdə olmuşam İndiki durum mənim üçün çox çətindir. Biz yenə də mükafat, təqaüd alıb birtəhər dolanırıq, amma insanlar var ki, günəmuzd işləyirlər. Hazırda onların vəziyyəti heç də yaxşı deyil. Qurban olum Allaha, bizləri cəzalandırır”.

Aktyor qeyd edib ki, çətin olsa da, qaydalara əməl etməliyik:

“TƏBİB-in qayda-qanunlarına əməl etməliyik. Xoşumuz gəlsə də, gəlməsə də. Amma bir şey də var ki, onlar qanunu təsdiqləyirlərsə, öncə özləri buna əməl etməlidirlər. Nümunə olmalıdılar hamıya..."

Rasim Balayev hazırda kino sahəsində yaşanan durğunluqdan da danışıb:

“Kino sahəsində onsuz da durğunluq yaşanırdı. Pandemiya bu işi bir az da sürətləndirdi. Kino sahəsinin özünə gəlməsi uzun prossesdir. Mən bilmirəm bunu görəcəm, ya yox... Elə bil ki, zəncir qırılıb və zəncirin ucunu tapıb, bir-birinə bağlamaq lazımdır. Bu, birdən-birə olan iş deyil, uzun illərin məhsuludur”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər