Ru
10:45 / 20 Aprel 2019

Dostunu öldürüb meyitini parçaladı, torbaya büküb basdırdı – AZƏRBAYCANDA DƏHŞƏTLİ CİNAYƏT

3347

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Abşeron rayonunda törədilmiş cinayətlə bağlı birgə məlumat yayıb.

  

Bakupost.az-ın
məlumatına görə, birgə məlumatda bildirilir ki, Abşeron rayonunda öldürülmüş
Əli Rəsulovun qətlinin üstü açılıb.

  

Belə
ki, Tamara Rəsulovanın oğlu Əli Rəsulovun itkin düşməsini bildirməklə
tapılmasında ona köməklik göstərilməsi ilə bağlı müraciəti əsasında aparılan
araşdırma zamanı Ə.Rəsulovun qəsdən öldürülməsinə, eləcə də ona məxsus əmlakın
dələduzluq yolu ilə ələ keçirilməsinə ehtimal etməyə kifayət qədər əsaslı
şübhələr olduğundan Abşeron rayon prokurorluğu tərəfindən cinayət işi
başlanılaraq istintaq aparılıb.

  

Aparılmış
istintaqla Fuad Mustafayevin 2016-cı ilin sentyabr ayında icarəyə götürdüyü
paytaxtın Pirşağı qəsəbəsində yerləşən bağ evində Əli Rəsulovu ona məxsus
əmlakı satıb pulunu ələ keçirmək üçün tamah niyyəti ilə bıçaqla xəsarətlər
yetirib qəsdən öldürərək cinayəti gizlətmək məqsədilə meyiti hissələrə bölməklə
sellofan torbaya büküb basdırmasına, daha sonra Ə.Rəsulovun tək yaşadığı evində
olan məişət əşyalarını satmasına, eləcə də evi hüquq verən rəsmi sənədləri
saxtalaşdırmaqla dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən
edilib.

  

17
aprel 2019-cu il tarixdə Fuad Mustafayevə Cinayət Məcəlləsinin 120.2.5 (tamah
məqsədi ilə qəsdən adam öldürmə), 178.2.4 (dələduzluq, xeyli miqdarda ziyan
vurmaqla törədildikdə), 320.1 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri,
ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci
(bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə təqsirləndirilən şəxs
qismində cəlb edilərək ona həmin maddələrlə ittiham elan edilib.

  

Cinayət işi üzrə
istintaq davam etdirilir.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər