Ru
17:08 / 16 Yanvar 2021

Dövlət Baxçalı Şuşada məktəb tikdirmək istəyir

2211
“Prezident Rəcəb Tayyib Ərdoğanın icazəsi olarsa, Azərbaycan Prezidenti İlham Əliyev də uyğun hesab edərsə, şəxsi təlimatımla “Ülkü Ocaqları” təhsil və mədəniyyət vəqfi tərəfindən Şuşada ibtidai məktəbin inşası hədəfimizdir”.

"BakuPost" xəbər verir ki, bu sözləri Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı deyib.

Partiya sədri ötən ilə damğasını vuran Qarabağ zəfərini son illərdə türk millətinin əldə etdiyi ən möhtəşəm, dastana dönən uğurlarından biri adlandırıb:

“Strateji mövqeyi ilə yanaşı, Şuşa elə bir yerdir ki, türk mədəniyyət və tarixinin simvoluna çevrilib. Azərbaycan sənət və düşüncə həyatının qaynaqlarından biri olan Şuşanın inkişafı və burada yaşayan uşaqların gələcəyi hamımızın mənəvi məsuliyyətidir. Bu qədim türk şəhərinin təlim-tədris həyatına dəstək vermək gözardı edilməyəcək boyun borcumuzdur. Prezident Rəcəb Tayyib Ərdoğanın icazəsi olarsa, Azərbaycan Prezidenti İlham Əliyev də uyğun hesab edərsə, şəxsi təlimatımla “Ülkü Ocaqları” təhsil və mədəniyyət vəqfi tərəfindən Şuşada ibtidai məktəbin inşası hədəfimizdir. Bu məsələdə sahib olduğumuz bütün imkanları səfərbər edəcək və lazımi işləri dərhal görəcəyik”.

Baxçalı Azərbaycanın dövlət himninin 30 yanvar 1920-ci ildə qəbul edildiyini xatırladıb, himnin sözlərinin müəllifinin Əhməd Cavad, bəstəkarının isə Şuşada anadan olan Üzeyir Hacıbeyli olduğuna diqqət çəkib.

MHP lideri məktəbin adının Üzeyir Hacıbəyli, təməl atma gününün isə 30 yanvar 2021-ci ildə baş tuta biləcəyini söyləyib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər