10:19 / 10 Sentyabr 2021

Dövlət koronavirusla bağlı xidmətlərin qiymətlərini tənzimləməlidir - Deputat

3041
"Pandemiyanın müvəqqəti vəziyyət olduğu nəzərə alınaraq, koronavirusla bağlı xidmətlərin qiymətləri dövlət tərəfindən tənzimlənməlidir".

Bunu Bakupost.az -a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, özəl klinikalarda koronavirus aşkarlanması üçün edilən testlərinin qiymətlərində ciddi fərqlər var

"Bir koronavirus testinin edilməsi maksimum 10-15 manata başa gələ bildiyi halda, bir klinikada bunu 40-45, digər klinikada 95 manata edirlər. Kim hansı qiyməti istəyirsə, o qiyməti də qoyur. İnsanlar yüksək qiymətə də olsa, bu testi etməyə və dərmanları almağa məcburdular, çünki sağlamlıqdan vacib nə ola bilər ki?! Ancaq bunu həmin şəxslər də başa düşməlidirlər”.

V.Əhmədov hesab edir ki, bu sahəyə nəzarət mexanimi çox azdır:

“Klinikaların rəhbərləri özləri buna diqqət yetirməlidirlər. Onlar elə qiymət müəyyən etməlidirlər ki, bu, hər kəs üçün əlçatan olsun. Nəzərə alaq ki, indiki pandemiya şəraitində yoluxma və ölüm sayları getdikcə artdığı üçün test edilməsinə də olan ehtiyaclar çoxalır”.

Ayan Əlizadə
Baku Post
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər