Ru
13:15 / 12 Dekabr 2019

Dövlət qulluqçusu olmaq istəyənlərin DİQQƏTİNƏ!

1557
DİM-də dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə yeni test tapşırıqlarının istifadə olunacağı elektron sınaq imtahanı keçiriləcək.

BakuPost xəbər verir ki, sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə 2020-ci il 11 yanvar tarixində keçiriləcək. İmtahan saat 10:00-da başlayacaq.


Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. Qeyd olunan imtahanda iştirak etmək üçün onlayn qeydiyyat 11 yanvar saat 09:00-da başa çatacaq.

Qeydiyyatdan keçmək üçün http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCom keçidinə daxil olmaq lazımdır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər