Ru
01:18 / 20 Fevral 2020

"Dövlət quruluşunu pozmağa cəhd" iddiası ilə yenidən həbs edildi

2022
Osman Kavala həbs edildi.

BakuPost xəbər verir ki, "Gəzi Parkı" hadisələrinə görə həbs edilən və dünən bəraətinə qərar verilən iş adamı Osman Kavala bu gün yenidən həbs olunub.

Kavala İstanbul Baş Prokurorluğu tərəfindən "Konstitusion quruluşu pozmağa təşəbbüs" ittihamı ilə saxlanıldıqdan sonra axşam saatlarında İstanbul Ədalət Sarayına aparılıb.

Dindirilən iş adamı həbs tələbi ilə göndərildiyi Növbətçi Sülh Cəza Hakimliyində həbs olunub.

Osman Kavala ilə yanaşı, dünən 16 nəfərin bəraətinə hökm verən hakimlər haqqında da araşdırmalara başlanılıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər