Gürcülərin Azərbaycan sərhədçilərinə hücumu ilə bağlı RƏSMİ MƏLUMAT

  • 15 İyl 2019 16:06
  • 1198 Baxış
Gürcülərin Azərbaycan sərhədçilərinə hücumu ilə bağlı  RƏSMİ MƏLUMAT

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi "Keşikçidağ"da baş verən hadisə haqqında məlumat yayıb. 




Bakupost xəbər verir ki, məlumatda deyilir: 




"İyulun 14-də saat 14:50 radələrində DSX-nin Sərhəd Qoşunlarının "Şəmkir” sərhəd dəstəsinin "Keçikçi qala” sərhəd zasta­va­sının xidməti ərazisində Gürcüstan vətəndaşları tərəfindən Azər­bay­can sər­həd naryadına qarşı insident törədilib. 




Hadisə ilə əlaqədar təxirəsalınmaz tədbirlər görülməklə insident qı­sa müddət ərzində aradan qaldırılıb və DSX-nın şəxsi heyəti tərə­findən ərazidə təhlükə­sizlik tədbirləri təmin edilib. 




Azərbaycan və Gürcüstan sərhəd nümayəndələri arasında görüş keçirilib, baş vermiş hadisə birgə araşdırılıb, gələcəkdə bu ki­mi hal­la­ra yol verilməməsi üçün görülməli olan tədbirlər müzakirə edil­ib".

 

Qeyd edək ki, bir qrup Gürcüstan vətəndaşı Azərbaycan sərhədçilərinin üzərinə hücum edib. Sərhədçilərimizin təmkinli davranışı nəticəsində mülki əhali ilə insident böyümədən sakitləşdirilib.