Ru
10:40 / 21 Fevral 2020

DTX-nin Neftçaladakı əməliyyatında baş həkim də tutuldu - FOTO

4739

Dövlət Təhlükəsizliyi Xidmətinin Neftçalada keçirdiyi əməliyyatda daha bir nəfər saxlanılıb.

BakuPost Unikal.org-a istinadən xəbər verir ki, saxlanılan şəxslər arasında Neftçala Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Telman Zahidov da var.


Qeyd edək ki, dünən DTX Neftçala İcra Hakimiyyətinin binasında əməliyyat keçirib və icra başçısı İ. Vəliyevin də saxlanıldığı deyilir.

DTX-nin yaydığı rəsmi açıqlamada bildirilir ki, Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələri ilə bağlı başlanılmış cinayət işi üzrə kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Xatırladaq ki, baş verən hadisədən dərhal sonra Prezident İlham Əliyevin sərəncamı ilə İ. Vəliyev vəzifəsindən azad edilib.




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər