Ru
11:04 / 29 Noyabr 2021

Dumanlı hava nə vaxtadək davam edəcək?

1361
“Ölkə ərazisində müşahidə olunan duman sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir. Nisbətən soyuq səth üzərində isti və rütubətli havanın hərəkəti nəticəsində dumanlı hava şəraiti müşahidə olunur”.

Bakupost.az xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O qeyd edib ki, rütubətin yüksək olması, yerüstü təbəqə buludların mövcudluğu, mülayim və azsürətli küləklərin üstünlüyü yerə yaxın təbəqədə dumanın inkişafına şərait yaradır.

G.Məmmədova bildirib ki, belə hava şəraiti bu gün, noyabrın 30-u gecə və səhər saatlarında fasilələrlə duman olacaq.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər