Ru
09:37 / 14 Oktyabr 2021

Dünənki dəhşətli qəzanın görüntüləri - VİDEO

8225
Daxili İşlər Nazirliyi dünən səhər saatlarında Bakıda 5 nəfərin ölümü ilə nəticələnən qəzanın görüntülərini yayıb.

Bakupost.az xəbər verir ki, qəza nəticəsində yol kənarında dayanmış Bakı şəhər sakinləri Məhiyəddin Abdullayev, İlham Aslanov, İradə İsgəndərova və Mehbarə Yaqubova, eləcə də, avtobusdakı sərnişinlərdən Kəmalə Babayeva hadisə yerində həlak olub, 25 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onlardan 8-i ilkin tibbi yardım aldıqdan sonra evlərinə buraxılıb, 17 nəfərin müalicəsi isə davam edir.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Hadisəni törətməkdə şübhəli bilinən yük avtomobilinin sürücüsü M.Əzizov həbs edilib.

Şərhlər
  • Fərid

    Dayanacağa yaxınlaşanavtobus sürücüsü avtobusun sürətinazaltmadan,ətrafına baxmadan hər hərəkət etdiyinə də diqqət verilməlidir.Yüksək sürətlə dayanacağa yaxınlaşmaq istəyən avtobusu yük avtomobilinin sürücüsü təcrübəsi az olduğundan hiss etməyə də bilərdi.Digər tərəfdən dayanacaq yeri də düzgün seçilməyib.Dayanacaq yol ayrıcına çatadan,yəni toqquşma ehtimalını azaltmaq məqsədilə, qurulmalı idi.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər