Ru
11:24 / 08 Oktyabr 2019

Dünya daha bir fəlakətlə üz-üzə – Fosfor qıtlığı yaranır, aclıq olacaq

1981

Beynəlxalq ekspertlər qrupu yaxın gələcəkdə bəşəriyyətin kənd təsərrüfatı məhsullarının istehsalı üçün zəruri olan fosfor qıtlığı ilə üzləşə biləcəyi qənaətinə gəlib.


BakuPost Lenta.ru-ya istinadən xəbər verir ki, aclığa gətirib çıxara biləcək qıtlığın səbəbi okeanlara axıdılan mineral gübrələrin qeyri-rasional istifadəsidir.

Məlumata görə, son 50 ildə istifadə olunan fosfor gübrələrinin sayı 50 dəfə artıb və 2050-ci ilə qədər onlara tələbatın daha iki dəfə artacağı gözlənilir. Elementi qorumaq üçün heç bir iş görülməzsə, onun ehtiyatları tezliklə tükənə bilər. Bəzi nəzəri fərziyyələrə görə, hazırkı istehlak səviyyəsində mövcud olan fosforun 80 ildən sonra yox olacağı irəli sürülür. Belə bir vəziyyətin isə dünyada məhsuldarlığın azalmasına səbəb olacağı güman edilir. Başqa hesablamalara görə isə 400 ildən sonra baş verəcək bu pessimist proqnozlar təxminən 40 illik bir dövrü əhatə edəcək.

Alimlərin fikrincə, böhranın qarşısını almaq üçün əsas şərt fosforun istifadəsinin azaldılması, həmçinin təkrar istifadə yollarının tapılması olacaq.

Günel
BAKUPOST
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər