Dünyanın ən bahalı Yeni il ağacı - FOTOLAR

  • 07 Dek 2019 12:05
  • 1778 Baxış
Dünyanın ən bahalı Yeni il ağacı -  FOTOLAR


Dünyanın ən bahalı Yeni il yolkası İspaniyanın Marbel şəhərində quraşdırılıb.

BakuPost xarici mətbuata istinadən xəbər verir ki, “Kempinski Baya” otelindəki yolkanın qiyməti 11,9 milyon funt sterlinqdir.

Ağac 6 metrdir. Onun bəzədilməsi üçün üç min ədəd Svarovski kristalı işlənilib. Yolkanın üzərinə qızıl və almazla dizayn edilmiş dəvəquşu yumurtalarının qabıqları, eləcə də safir və brilliant daş-qaşla bəzədilmiş aksesuarlar asılıb.

Bu möhtəşəm ağacı britaniyalı dizayner Debbi Vinqhem hazırlayıb. Aksesuarların hər biri əl işidir.

Vəsilə İbrahim
BakuPost









X