Ru
09:16 / 21 İyul 2020

Dünyanın ən varlı 5 adamı - SİYAHI

8112
Aylardır hökm sürən koronavirus pandemiyası dünyada milyonlarla insanın külli miqdarda maliyyə itkisi ilə üzləşməsinə səbəb olub.

Ancaq bu dövrdə sərvətinə sərvət qatanların da sayı az deyil. "Forbes" dünyanın ən varlı 5 adamının adını yeniləyib.

İlk dəfə olaraq "Tesla" və "SpaceX"in yaradıcı İlon Mask siyahının ilk beşliyində yer ala bilib. Nəşrin məlumatına görə, Maskın sərvəti 74,2 milyard dollardır. Maraqlıdır ki, mart ayında iş adamı bu siyahının 31-ci pilləsində idi. Son 3 ayda onun var-dövləti bir necə dəfəyə yaxın artıb. "Tesla"nın səhmlərində isə ilin əvvəllindən 300 faizlik bahalaşma qeydə alınıb.

"Forbes Real-Time"ın sayğacına görə, onu "Amazon"un sahibi Ceff Bezos (189 milyard) və "Louis Vuitton Moët Hennessy"in (LVMH) qurucusu Bernar Arno (113,8 milyard), "Microsoft"un təsiscisi Bİll Qeyts (113,4 mlrd) və "Facebook"un sahibi Mark Zukerberq (90,3 milyar) qabaqlaya bilib.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər