Ru
20:19 / 12 Sentyabr 2019

Dünyanın ən yaxşı universitetlərinin siyahısı açıqlandı

Dünyanın ən yaxşı universitetlərinin siyahısı açıqlandı
Eye

Dünyanın ən yaxşı universitetlərinin siyahısı açıqlanıb.

BakuPost "Qafqazinfo"ya istinadən xəbər verir ki, İngiltərənin “Times Higher Education” (THE) jurnalının təqdim etdiyi siyahıya 500 universitet daxil edilib.

Reytinq siyahısı tərtib edilən zaman təhsil müəssisələrinin elmi tədqiqatları, beynəlxalq araşdırmaları, gəlir artımı və digər amillər nəzərə alınıb.

Siyahıya İngiltərənin Oksford Universiteti başçılıq edir. Sözügedən ali məktəb dörd ildir ki, dünyanın ən yaxşı universiteti seçilir. İkinci sırada Kaliforniya Texnologiya İnstitutu (ABŞ), üçüncüdə isə Kembric Universiteti (Böyük Britaniya) qərarlaşıb.

Builki siyahının hazırlanmasında 92 ölkədən 1420 universitetin göstəriciləri nəzərdən keçirilib. Siyahıya ABŞ-dan 60, İngiltərədən 28, Almaniyadan 23 və Avstraliyadan 11 universitet daxildir.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar