Ru
12:43 / 10 Dekabr 2019

"Əbu Bəkr məscidi açılacaq" - Dini Komitə

3444
“Əbu Bəkr" məscidinin açılması nəzərdə tutulur. Bunun üçün orada icmanın yaradılması planlaşdırılır.

BakuPost xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib. Onun sözlərinə görə, məscidin minarəsinin fundamentində problem aşkar edildiyi üçün bağlanmışdı.


"Minarənin əyilməsi qəza vəziyyəti yaradırdı. Buna görə də orada toplaşmaq təhlükəlidir. Minarənin bərpa edilməsi və ya sökülüb yenidən tikilməsi üzərində iş gedir. Bundan sonra məsciddə icma yaradılacaq və fəaliyyətə başlayacaq".

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər