Ru
15:16 / 04 Oktyabr 2019

Ədəbi festival ədəbiyyatçıları üz-üzə gətirdi – “373 nəfər mənə hücum edir”

2475

Yazıçı Aysel Əlizadə Bakıda keçirilən “LİFFT-2019” IV Avrasiya ədəbi festivalları festivalını tənqid edib.

BakuPost xəbər verir ki, o, festivala dəvət edilməyib və bunu özünə qarşı hörmətsizlik kimi qəbul edib: “Şəxsimə qarşı repressiv münasibətin səbəbi nədi? Ölkədə neçə gündü "LİFFt" adlı Avrasiyanın ədəbiyyat festivalı keçirilir. Bu gün son tarixdi. Məlumata görə 52 ölkədən 150 yazar dəvət edilib. Festivalın baş koordinatoru yazar Varis Yolçuyevdi. Nədənsə, dəvət olunan yerli yazarların siyahısında adım yoxdu. Bu cür ayrı-seçkiliyi illərdir, üzərimdə hiss edirəm. Ədəbiyyat adına olan tədbirlərə çox halda dəvət olunmuram! Bu siyahı hansı parametrlə və kriteriyalarla tərtib edilir ki, biz onlara uyğun gəlmirik?! Yeni ədəbiyyat dərsliklərinə salınsam da, 10 kitabım çıxsa da, Prezident təqaüdçüsü olsam da, tərcümə kitablarım çap olunsa da, saysız publisistik-maarifçi yazım yayınlansa da, vicdanımı dinləsəm də... Görünür, Varis bəy adımdan hansısa səbəbdən çəkinib. Bu "dəvətsizliyi" özümə qarşı repressiv münasibət kimi qiymətləndirirəm. Səbəb ictimai mövqeyim, tənqidlərim, obyektivliyim, ya başqadı, bunu bilmirəm. Bildiyim tək şey mədəniyyətdə ayrı-seçkiliyin yolverilməz olmasıdır”.

BakuPost-a açıqlama verən Varis Yolçuyev məsələyə aydınlıq gətirib. O qeyd edib ki, seçimi beynəlxalq tərkibli jüri edir: “Azərbaycandan seçilən 30 nəfərin bir qismini mən heç tanımıram. Mən sadəcə sertifikat verilmə mərasiminin spikeri olmuşam. Festivalın seçim mərhələsinə Azərbaycandan 403 nəfər qatılmışdı, yer isə cəmi 30 idi. İndi 373 nəfər birdən-birə mənə qarşı hücuma keçib. Anlamaq lazımdır ki, seçimi mən yox, beynəlxalq tərkibli jüri edir”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər