Ru
16:09 / 21 Sentyabr 2022

Əflatun Amaşova yeni vəzifə - Açıqlama

8539
Mətbuat Şurasının sədri Əflatun Amaşova yeni vəzifə verilməsi ilə bağlı xəbərlər yayılıb.


Bakupost.az xəbər verir ki, onun "Xalq qəzeti"nin Baş redaktoru təyin olunduğu bildirilir.


Məlumata görə, o, yaxın günlərdə - Jurnalistlərin VIII Qurultayından sonra kollektivə təqdim olunacaq.


Məsələ ilə bağlı Ə. Amaşov Bakupost.az -a bildirib ki, hazırda qurultaya hazırlıq işləri ilə məşğuldur: "Mənə bu barədə çoxlu zənglər olur. Ancaq bu məsələdən xəbərim yoxdur. Ola bilsin ki, şayiədir. Hazırda qurultaya hazırlaşıram".


Qeyd edək ki, bu gün "Xalq qəzeti"nin baş redakoru Həsən Həsənov vəzifəsindən azad edilib.


Zaur
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər