Ru
10:41 / 10 Dekabr 2019

ƏFQANISTAN MÜHARİBƏSİNİN GİZLİNLƏRİ – 18 illik məğlubiyyət...

1845
Amerika mediasına sızan gizli sənədlər, ABŞ rəhbərliyinin Əfqanıstandakı döyüşlə əlaqədar həqiqətləri gizlətməsi, fərqli bir mənzərə yaradaraq ölkədəki 18 illik müharibənin qazanıla bilməyəcəyi həqiqətinin təhrif edildiyi ortaya çıxıb.

BakuPost xəbər verir ki, Vyetnam müharibəsinin uğursuz olduğu gizli sənədləri yayımlayan ilk media orqanlarından biri olan “Vaşinqton Post”, ABŞ-ın 2002-ci ildən bəri işğal etdiyi Əfqanıstanla bağlı gizli sənədləri ələ keçirib.


ABŞ rəhbərliyinin Qətərdəki Talibanla masaya oturması zamanı ortaya çıxan gizli sənədlər ABŞ-ın Əfqanıstanda uğursuz olduğunu sübut edib. Əldə olunan 2000 səhifəlik sənəd Əfqanıstanda müharibədə birbaşa rol oynamış məmurlar, generallar və diplomatlardan açıqlamalarından ibarətdir.

Fikirləri öyrənilən 400-dən çox respondent Əfqanıstanda vəziyyətin yaxşı getmədiyini və ABŞ-ın bataqlıq içində qaldığını söyləyib.

Sənədlər keçmiş prezidentlər Corc Buş və Barak Obama dönəmində Ağ Evin Əfqanıstan siyasətinin başında duran general Duglas Lute, "Əfqanıstandakı siyasətimizi köklü şəkildə həyata keçirə bilmədik. Nə etdiyimizi bilmirdik. Hansı yükün altına girdiyimizi dərk etmədik”, ifadəsi yer alıb.

Fikirləri öyrənilən məmurların əksəriyyəti ABŞ-ın hazırda Əfqanıstanda həyata keçirdiyi strategiyanın səhv olduğunu, hakimiyyətin bunu bildiyini, lakin ictimaiyyətə açıqlamadığını qeyd edib.

Əfqanıstanda terrorizmlə mübarizədə ABŞ qoşunlarının 2013-2014-cü illər ərzində baş məsləhətçisi polkovnik Bob Krouli, "Ən yaxşı mənzərəni ortaya qoymaq üçün bütün məlumatlar dəyişdirildi. Məsələn, anketlər tamamilə etibarsız idi, amma etdiyimiz hər şeyin doğru olduğunu göstərmək üçün bütün yollara əl atıldı", açıqlamasını verib.

MÜHARİBƏNİN MADDİ DƏYƏRİ TAM BİLİNMİR

Sənədlərdə əks olunan digər bir məqam müharibə xərcləridir. Hakimiyyətin sənəddə tez-tez xatırlatdığı, lakin ictimai rəydə tam əksini tapmayan digər bir cəhəti müharibənin maddi dəyərinin tam hesablanmamasıdır.

Müharibəyə rəsmi məlumatlara görə, 934 ilə 978 milyard dollar xərclənsə də, bu, Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) əməliyyatlarının vəsaiti əlavə xərclərə daxil edilməmişdir.

Pentaqonun məlumatlarına görə, 2001-ci ildən bəri Əfqanıstanda 775 min ABŞ əsgəri xidmət edib. Onlardan 2300-ü ölüb, 20589 nəfər isə yaralanıb.





Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər