Ru
14:50 / 11 Avqust 2020

Əfsanəvi kəşfiyyatçı vəfat etdi

77285
Qarabağ qazisi Niyaz Ələsgərov vəfat edib. Mərhum dünən axşam 45 yaşında dünyasını dəyişib.

Niyaz Ələsgərov peşəkar hərbçi olub. O, 1997-ci ildə cəbhənin Tərtər istiqamətində xidmətə başlayıb. Elə həmin il düşmənlə qeyri-bərabər döyüşdə ayağından və budundan ağır yaralanıb. Buna baxmayaraq, düşmən geri oturdulana kimi döyüş meydanını tərk etməyib.

Niyaz Ələsgərov kəşfiyyatçı olub. Qüsursuz xidmətinə görə Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən dəfələrlə mükafatlandırılıb.

Mərhum doğulduğu Cəlilabad rayonunun Əsədli kəndində bu gün torpağa tapşırılıb.

Allah rəhmət eləsin!
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər