Ru
12:59 / 24 May 2019

"Əhməd bəy Ağaoğlu: Difaidən Cümhuriyyətə" - FOTO

2193

Türk dünyasının böyük fikir adamı, ideoloq, istiqlal və hürriyyət mücahidi Əhməd bəy Ağaoğlunun ölümündən 70 il ötür. 

Bu münsibətlə Vətəndaş Həmrəyliyi Partiyasının qərargahında "Əhməd bəy Ağaoğlu: Difai Partiyasından Azərbaycan Xalq Cümhuriyyətinə" mövzusunda dəyirmi masa keçirilib. Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasının 101-ci ildönümü ərəfəsində baş tutan tədbiri giriş sözü ilə xalq şairi Sabir Rüstəmxanlı açıb. Bildirib ki, biz həmişə Əhməd bəy Ağaoğlunu xatırlamayılıyıq: "Əhməd bəyin yazdıqlarını Bakıdan İstanbula qədər düzsək, kağızdan yol düzələr. O, ömrünü qeyri-adi yaşayıb, dayanmadan, durmadan, yorulmadan çalışıb, vətəninə, millətinə xidmət edib”. 


Daha sonra millət vəkili Fazil Mustafa, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov və başqaları çıxış edərək Əhməd bəy Ağaoğlunun həyat və faliyyətindən danışıblar. 


Elşad Barat

"Əhməd bəy Ağaoğlu: Difaidən Cümhuriyyətə"  - FOTO
"Əhməd bəy Ağaoğlu: Difaidən Cümhuriyyətə"  - FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər