– Heç kim bu qədər səs qazanmamışdı - FOTOLARƏkrəm İmamoğlundan tarixi rekord

  • 24 İyn 2019 10:45
  • 1079 Baxış
 – Heç kim bu qədər səs qazanmamışdı - FOTOLAR Əkrəm İmamoğlundan tarixi rekord


 


Ötən
gün İstanbulda baş tutan bələdiyyə seçkilərində bütün səslər sayılıb.


 


 


Bakupost.az-ın
Türkiyə mediasına istinadən xəbərinə görə, qeyri-rəsmi rəqəmlərdə Əkrəm
İmamoğlu seçkini böyük üstünlüklə qalib bitirib.


 


 


 


Belə
ki, Millət İttifaqının namizədi Ə.İmamoğlu qeyri-rəsmi rəqəmlərə görə 4 milyon
741 min 868, Cumhur İttifaqının namizədi Binali Yıldırım isə 3 milyon 935 min
453 səs alıb.


 


 


İki
namizəd arasında fərq 800 min səsdən çox olub.


 


 


Qeyd edək
ki, İmamoğlunun bu qələbəsi Türkiyə seçki tarixinə yazılıb. Belə ki, Əkrəm
İmamoğlu Türkiyə Cümhuriyyəti tarixində İstanbul bələdiyyə sədri seçkilərində ən
yüksək səs toplayan şəxs olub. Bu günə qədər heç bir namizəd bu qədər yüksək səs
faizi ilə qələbə qazanmağa nail olmamışdı.


O,
1994-cü ildə İstanbul bələdiyyə sədri seçilən indiki prezident Ərdoğandan
ikiqat çox səs toplayıb.


 


 







 – Heç kim bu qədər səs qazanmamışdı - FOTOLAR Əkrəm İmamoğlundan tarixi rekord
 – Heç kim bu qədər səs qazanmamışdı - FOTOLAR Əkrəm İmamoğlundan tarixi rekord