Ru
22:44 / 10 Sentyabr 2019

Elbaşından Polad Bülbüloğluna məktub

4677
Qazaxıstan Respublikasının Birinci Prezidenti-Elbası Nursultan Nazarbayev Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğluna məktub ünvanlayıb.

Bu barədə BakuPost-a Azərbaycanın Rusiyadakı səfirliyinə istinadən xəbər verir.

Məktubda deyilir:

"Hörmətli Polad Bülbüloğlu,

Ünvanıma göndərdiyiniz isti məktub və xoş arzulara görə Sizə təşəkkür edirəm.

Sizin yaradıcı əməyinizi, səmərəli ictimai və dövlət fəaliyyətinizi, Qazaxıstan ilə Azərbaycan arasında ənənəvi dostluq münasibətlərinə verdiyiniz böyük şəxsi töhfənizi yüksək qiymətləndirirəm.

Əminəm ki, Sizin zəngin həyat və peşəkar təcrübəniz bundan sonra da bizim qardaş xalqlarımız arasında çoxtərəfli əlaqələrin möhkəmləndirilməsinə xidmət edəcəkdir.

Fürsətdən istifadə edərək, Sizə möhkəm can sağlığı, əmin-amanlıq və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram".
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər