Elçinin “Daha dərin qatlara" kitabı nəşr olundu
Nazirlikdən BakuPosta bildirilib ki, görkəmli yazıçı, dramaturq Elçinin oxucularına təqdim etdiyi “Daha dərin qatlara” adlı kitabında XX əsrin 70-ci illərindən bu günə kimi dövri mətbuatda dərc olunan seçilmiş məqalə və esseləri toplanıb. “Tənqid və ədəbi proses”, “Problemlər”, “Ədəbiyyatımız və folklorumuz”, “Qələm sahibləri”, “Teatr və tamaşalar” bölmələrində təqdim olunan məqalə və esselərin hər biri oxucunu düşündürür.
“Təhsil” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilən kitab Mədəniyyət Nazirliyinin tabeçiliyində olan kütləvi kitabxanalara paylanılacaq.