Eldarla Nigar AzTV-də aparıcılıq edəcək

  • 11 Noy 2019 15:36
  • 1052 Baxış
Eldarla Nigar AzTV-də aparıcılıq edəcək

“Eurovision-2011” qalibləri Nigar Camal və Eldar Qasımov yenidən bir araya gəliblər.

BakuPost-un məlumatına görə, onlar Azərbaycan Televiziyasında (AzTV) aparıcılığa başlayıb. Sənətçilər bundan sonra “Telesəhər” proqramında aparıcılıq edəcək.

Belə ki, ifaçılar hər həftəsonu tamaşaçıların görüşünə gələcək. Onların qonaqları isə şou-biznes, incəsənət və müxtəlif sənət nümayəndələri olacaq.