Ru
20:42 / 21 Sentyabr 2020

Əli Əsədov XİN-in Kollegiyasının yeni tərkibini təsdiq etdi

1442
Xarici İşlər Nazirliyinin Kollegiyasının yeni tərkibi müəyyənləşib.

"BakuPost" xəbər verir ki, Baş nazir Əli Əsədov “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin kollegiya üzvlərinin təsdiq edilməsi haqqında” qərarında dəyişikliklə bağlı Qərar imzalayıb.

Qərara əsasən, Kollegiya aşağıdakı tərkibdə olacaq.

Kollegiyanın sədri

Azərbaycan Respublikasının Xarici İşlər naziri

Kollegiyanın üzvləri

Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavinləri

“ADA” Universitetinin rektoru

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Hüquqi təminat idarəsinin rəisi

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər