Ru
14:00 / 11 Sentyabr 2019

Əli Kərimli “dəyirmi masa”ya niyə dəvət olunmayıb? - Fəzail Ağamalı açıqladı

6508

Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalı bu gün keçirilən “Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdlərinə qarşı” mövzusunda "dəyirmi masa"ya Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin dəvət etməməsinin səbəbini açıqlayıb.



BakuPost.az
xəbər verir ki, F. Ağamalı deyib ki, buna səbəb Əli Kərimlinin siyasi mühacir müxalifəti adlandıranların yanında olmasıdır.


"Baxın, mühacirlər ayrı-ayrı şəxsləri təhqir edirlər, Əli Kərimlinin maliyyələşdirdiyi şəxslər də həmin prosesi davam etdirirlər. Bu söyüşlər təkcə iqtidara qarşı deyil. Əli Kərimlinin dəstəsi Müsavat, REAL və digər partiyalara da cəbhə açıb. Hansı partiya istəyir ki, müxalifətdə fəallaşsın, Əli Kərimlinin dəstəsi onu mənəvi terrora, təhqirə məruz qoyur. Bu şəxslərlə Avropadakı söyüş söyənlərin bağlılığı varmı? Mənə elə gəlir ki, var. Ona görə də bu cür insanı mənəviyyatıma sığışdırıb tədbirə dəvət etmədim. Tədbirin təşkilatçısı kimi mənim Əli Kərimlini tədbirə dəvət etməməyə hüququm çatır", F.Ağamalı bildirib.

(report)

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər