Əli Kərimli sərbəst buraxıldı - FOTO

  • 19 Okt 2019 23:53
  • 3616 Baxış
Əli Kərimli sərbəst buraxıldı -   FOTO
Milli Şuranın bu gün Bakıda keçirilən razılaşdırılmamış aksiyası zamanı saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli sərbəst buraxılıb.

BakuPost-un məlumatına görə, bu barədə sosial şəbəkədə AXCP sədrinin yaxınları xəbər paylaşıb.


Məlumata görə, Əli Kərimli artıq evindədir. Onun polislər tərəfindən işgəncəyə məruz qaldığı, başına 6 tikiş qoyulduğu bildirilir.