Ru
20:56 / 29 Yanvar 2020

Əli Məsimli növbəti görüşünü Şin kəndinin sakinləri ilə keçirib - FOTOLAR

2052
Yanvar ayının 29-da 114 saylı Şəki kənd birinci seçki dairəsindən deputatlığa namizəd Əli Məsimli növbəti görüşünü rayonun Şin kəndinin sakinləri ilə keçirib.


BakuPost-un məlumatına görə, Əli Məsimli Milli Məclisdəki 4 illik fəaliyyəti barədə seçicilərə hesabat verdikdən sonra, seçkiqabağı platforması, ona yenidən etimad göstəruiləcəyi təqdirdə Milli Məclisdəki fəaliyyəti barədə məlumat verib.


Deputatlığa namizəd öz çıxışında bildirib ki, 2018-ci ilin aprelində keçirilmiş növbədənkənar prezident seçkilərindən sonra Azərbaycanda islahatların yeni mərhələsi başlayıb. İqtisadiyyatın istehsal və maliyyə sahələri ilə bağlı islahat xarakterli addımlar, eləcə də kadr islahatları ilə müşayiət olunan struktur islahatları sosial sahədəki islahatlarla tamamlanmış şəkildə həyata keçirilir. Bu məqsədlə 4,2 milyondan artıq əhalini əhatə edən genişmiqyaslı Sosial Paket həyata keçirilir. Onların arasında şəhid ailələrinə 11 min manatlıq kompensasiyanın ödənilməsi, banklara 10 min dollara qədər borcu olan vətəndaşlara kompensasiya və güzəştlərin tətbiqi, eləcə də əmək haqqı, pensiya və digər ödənişlərin mərhələli şəkildə artırılması xüsusi yer tutur. Deputatlığa namizəd öz çıxışında bildirib ki, islahatlar və sosial sahədə atılan addımlar növbəti ildə də davam etdiriləcəkdir Çünki, iqtisadi artım templərini potensial imkanlarımız sıviyyəsinə qaldırmaq və əhalinin güzəranını yaxşılaşdırmasına davamlı xarakter verilmsinin güclü iqtisadi əsaslarını yartamaqdan ötrü islahatları genişlndirmək və dərinləşdirmək istiqamətlərində görüləsi işlər hələ çoxdur.


Görüşdə çıxış edən sakinlər Şin kəndinin problemlərindən danışdılar. Əli Məsimli bildirdi ki, keçən dəfə fəaliyyətimizi Şəkinin 2016-2020ci ilər üzrə İnkişaf Proqramı əsasında qurmuşduq. Etimad göstərildiyi təqdirdə təkcə 114 saylı Şəki kənd birinci seçki dairəsi ilə məhdudlaşmadan bütövlükdə Şəki rayonunun aktual problemləri bu dəfə də Şəkinin 2021-2025-ci illər üzrə inkişaf proqramında öz əksini tapacaq və bu problemləri sistemləşdirib aidiyyatı orqanlara göndərəcəyik.


Çıxış edən seçicilər öz növbəsində namizədə uğurlar arzuladılar və onun Parlamendəki fəaliyyətini və Şəki rayonunun problemlərinin həlli istiqamətində gördüyü işləri yüksək dəyərləndirərək onu yenidən Milli Məclisdə görmək istədiklərini, ona səs verəcəklərini bildiriblər.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər