Ru
22:07 / 17 Yanvar 2020

Əli Məsimli seçicilərə çağırış etdi - FOTO

6645
114 saylı Şəki kənd birinci seçki dairəsindən VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizəd Əli Məsimlinin seçki qərargahı seçicilərə müraciət edib.


BakuPost xəbər verir ki, yayılan bəyanatda bildirilir:

- Əziz seçicilər, bildiyiniz kimi 2020-ci ilin fevral ayının 9-da VI çağırış Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcəkdir. Azərbaycan Respublikasının seçki qanunvericiliyinə əsasən bu gündən, yəni yanvar ayının 17-dən etibarən ölkəmizdə seçkiqabağı təbliğat-təşviqat kampaniyasına başlanılır və bu kampaniya cari ilin fevral ayının 8-dək davam edəcəkdir.
114 saylı Şəki kənd birinci seçki dairəsindən VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizəd Məsimli Əli Əhməd oğlunun seçki qərargahı da bu gündən etibarən seçkiqabağı təbliğat-təşviqat kampaniyasına başlayır.


Seçkiqabağı təbliğat-təşviqat kampaniyası seçki qanunvericiliyinin tələblərinə uyğun şəkildə təşkil ediləcək, həmin dövr ərzindəən müasir seçki texnologiyalarından istifadə etməklə nümunəvi seçki təbliğatını aparmağa səy göstərəcəyik. Seçkiqabağı təbliğat-təşviqat kampaniyası seçicilərlə bilavasinə görüşlər, real və viritual aləmdə, sosial şəbəkələrdə qarşılıqlı əlaqəli və sistemli şəkildə təşkil olunacaqdır. Təbliğat-təşviqat kampaniyasının gedişatı və görülmüş işlər barədə kütləvi imformasiya vasitələrinin və sosial şəbəkələrin imkanlarından yaralanmaqla Sizlərə mütəmadi olaraq məlumat verəcəyik.


Bizim borcumuz-seçicilərim timsalında xalqa xidmət etməkdir. Biz sizin timsalınızda xalqa inam və imanla xidmət edirik. Dəstək sizdən-xidmət bizdən!

“Biz Sizlərin obyektivliyinizə, həssaslığınıza, ədalətliliyinizə və fədakarlığınıza inanırıq!”.








Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər