Ru
11:03 / 22 Sentyabr 2020

Əlilliyi olan şəxslərə səyyar xidmət göstərildi

2378
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi səyyar xidmətlərini Şəki, Zaqatala, Balakən, Qax, Quba, Qusar, Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Sabirabad, Şirvan və Hacıqabul rayonlarında davam etdirib.

"BakuPost" xəbər verir ki,17 rayon üzrə 236 nəfər əlilliyi olan şəxsə ehtiyac duyduqları 1746 reabilitasiya vasitəsi Mərkəzin əməkdaşları tərəfindən həmin rayonlara aparılaraq verilib. Bir neçə əlilliyi olan şəxsin müraciəti əsasında müayinələri aparılıb, müvafiq ölçülər götürülüb. Yaxın günlərdə onlara da reabilitasiya vasitələri veriləcək.

Əlilliyi olan şəxslər qayğı ilə əhatə olunduqlarından, həmçinin ehtiyac duyduqları reabilitasiya vasitələri ilə təmin edildiklərindən, bu sahədə xidmətlərdən razılıqlarını bildiriblər. Ümumilikdə, bu ilin ötən dövründə respublikamızın müxtəlif bölgələri üzrə 866 əlilliyi olan şəxsə səyyar formada xidmətlər göstərilib. Ehtiyac
duyduqları 5329 reabilitasiya vasitəsi yaşadıqları rayon və şəhərlərə, bir qisminə evlərinə aparılaraq təqdim edilib.
Əlilliyi olan şəxslərə  səyyar xidmət göstərildi
Əlilliyi olan şəxslərə  səyyar xidmət göstərildi
Əlilliyi olan şəxslərə  səyyar xidmət göstərildi
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər