17:45 / 19 Noyabr 2021

Əlilliyinin qiymətləndirilməsi üçün əyani müayinələr keçirildı - FOTOLAR

564
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindəki komissiya tərəfindən daha bir qrup şəxsin əlilliyinin qiymətləndirilməsi üçün əyani müayinəsi keçirilib.

Bu barədə Bakupost.az -a nazirlikdən məlumat verilib.

Komissiya agentliyin, Müdafiə Nazirliyinin və digər müvafiq qurumların hərbi həkim ekspert komissiyalarının, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndələrindən ibarətdir.

Müayinə zamanı 16 nəfərə hərbi səbəblərlə əlaqədar əlillik təyinatı aparılıb. 3 nəfərə ümumi səbəblərdən əlillik təyin edilib. Əyani müayinə zamanı hərbi səbəblərlə əlaqədar 3 nəfər əlilliyi olan şəxsin dövlət büdcəsi hesabına minik avtomobili ilə təmin edilmək üçün tibbi göstərişinin olmasına, 5 nəfərin isə müalicəsinin davam etdirilməsinə dair qərar verilib.

Bir neçə şəxsin isə diaqnozunun təsdiqini tapmadığı, sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas vermədiyi müəyyən olunub.

Qiymətləndirmə prosesində şəffaflığın tam təmin olunması üçün əyani müayinələrin hər birinin videoçəkilişləri aparılır, qeyri-hökumət təşkilatları nümayəndələrinin müayinələrdə iştirakı təmin edilir. Bu dəfəki əyani müayinədə “Azərbaycan Vətən Müharibəsi Veteranları” İB-nın sədri Füzuli Rzaquliyev iştirak edib.
Məlumat üçün bildirək ki, bu il 48 minədək şəxsə əlillik təyinatı aparılıb. Bu da keçən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.
Əlilliyinin qiymətləndirilməsi üçün əyani müayinələr keçirildı -  FOTOLAR
Əlilliyinin qiymətləndirilməsi üçün əyani müayinələr keçirildı -  FOTOLAR
Əlilliyinin qiymətləndirilməsi üçün əyani müayinələr keçirildı -  FOTOLAR
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər