Ru
12:09 / 12 Sentyabr 2019

Elinanın işi üzrə Təhsil Nazirliyinə iddia qaldırıldı - 100 minlik tələb

4474

Ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasovanın cinayət işi üzrə məhkəməsi başlayıb.


BakuPost-un
məlumatına görə, Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirlib.



Zərərçəkən Elina Hacıyevanın nümayəndələri vəsatət verərək cinayət işinin istintaqında kobud qanun pozuntuları olduğu üçün işin istintaqa qaytarılmasını istəyiblər. Onlar bildiriblər ki, istintaqda Elinanı müayinə edən həkimlər barəsində heç bir araşdırma aparılmayıb.


Hakim vəsatəti təmin etməyib.


Vəkillər daha sonra direktor barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin dəyişdirilməsini həbslə əvəz olunması ilə bağlı vəsatət qaldırıblar.


Məhkəmə bu vəsatəti təmin etməyib.


Daha sonra Elina Hacıyevanın nümayəndələri dəymiş mənəvi zərərə görə 100 min manatlıq mülki iddia qaldırıb.


Həmçinin həmin vəsatətdə Təhsil Nazirliyi cavabdeh kimi qeyd olunub.


Vəsatət məhkəmənin icraatına qəbul edilib.


Məhkəmə baxışı sentyabrın 18-ə təyin edilib.

Şərhlər
  • Zahid Sahbazov

    Bu olkede edalet ancaq insan adi edalet qanun qayda yoxdu rejim deyisilmelidir qisa konkret yoxsa hele cox can yanacaq...

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər