Ru
00:23 / 21 Aprel 2019

"O VİDEOLARI MƏN ÇƏKMİŞƏM" - İcra başçısının müavinindən Elina ilə bağlı etiraflar

5992
Səbail rayon
İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova 162 saylı məktəbin şagirdi
Elina Hacıyevanın ölümündə onu ittiham edənlərlə bağlı açıqlama yayıb.


BakuPost.az həmin açıqlamanı
təqdim edir:

 

"Bir sıra
səbəblərdən, cəmiyyətimizi silkələmiş və ciddi narahat edən Elina Hacıyeva ilə
bağlı faciəvi hadisəyə cəlb olunmuş durumdayam. Çox acı həqiqətdir ki, uşağı
qaytarmaq mümkün deyil və buna görə onun bütün yaxınlarına və dostlarına
səmimi qəlbdən başsağlığı verirəm. Bugünə kimi dövlət məmuru və məsul
şəxs olaraq hər hansı bir açıqlamadan və şərhdən yayınmışam. Və hesab
edirəm ki, açıqlama verərkən diqqətli olmalıyam. Bütün hallarda, istintaq
gedir və hüquq-mühafizə orqanları baş vermiş faciəyə obyektiv hüquqi
qiymət verəcəklər. Lakin bəzi məsələlər vardır ki, mətbuatda və sosial mediada
spekulyasiya və manupulyasiya predmetinə çevrilmişdir və hansındakı mənim
adım hallandırılır.

 

Aprelin 4-də səhər saat 09:57-də 162 nömrəli məktəbin
direktoru Sevinc Abbasovadan mənə zəng oldu ki, şagirdlərdən biri pəncərədən
yıxılıb. Mən, Səbail rayon İcra hakimiyyətinin başçısının birinci müavini olmaqla
yanaşı, yetkinlikyaşına çatmayan şəxslərlə iş üzrə rayon komissiyasının
sədri və Uşaq Fondunun rayon şöbəsinin direktoruyam. Uşaqlarla iş mənim
vəzifələrimə daxildir. Buna görə də belə bir zəng başadüşülən idi. Zəngdən
dərhal sonra birbaşa rəhbərim olan rayon içra hakimiyyəti başçısına hadısə
barədə məlumat verdim və onun tapşırığı ilə qeyd olunan məktəbə getdim.
Yolüstü baş vermiş hadisə haqqında polisə məlumat verdim. Məktəbə 11:01-də
çatdım (bu barədə məktəbin kamerasında qeyd var). 6 dəqiqə sonra, 11:07-də mən
təcili yardıma zəng etdim. Elinaya çatmaq, şəraiti öyrənmək və anlamaq ki,
təcili yardım hələ də çağırılmayıb, 6 dəqiqə buna sərf olundu. Sosial
şəbəkələrdə yayılan uşaqla birinci danışığın videoyazılışı mənim
tərəfimdən təcili yardım gəldikdən sonra, həkim uşağı müayinə edərkən
11:16-da aparılıb və 14 saniyə çəkib.

Qalan videolar
xəstəxanada həkimlər Elinanı müayinə edən zaman tərəfimdən çəkilib. Belə
çətin vəziyyətlərdə video çəklişin aparılması praktikasına uzun illərdir
malikəm. Belə etməklə məqsədim baş verən prosesin maksimum şəffaflığını
təmin etmək, hadisənin sonrakı araşdırılması üçün faktları qeyd etmək olub.
Xəstəxanada sadəcə müşahidə etmirdim, Elinan həyata qaytarılması üçün
lazım olan bütün tədbirlərin görülməsinin təmin olunmasına çalışırdım. Bu
zaman keçirdiyim hiss və həyacanları, ağrını və yanğını sözlə izah etmək
mümkün deyil.
Sözügeden
video mənim tərəfimdən Elinanın faciəvi ölümündən sonra anasının xahişi ilə
ona verildi. Belə ki, bu çəkiliş ondan, hələ canlı, gözəl, ağıllı və
xeyirxah qızdan qalan son xatirə idi.


Sosial mediada
və mətbuatda hadisə ilə bağlı adımın hallandırılması və yazılanlar
həqiqətəuyğun deyildir. Mənim hərəkətlərimdə kömək etmək istəyi və
ürəkyanğısından başqa digər motivlərin axtarılması qoy axtaranların
vicdanında qalsın”.

 

 

Qeyd edək ki, Xalidə Bayramova faciə baş verən günün səhəri mətbuata açıqlamasında həmin videolardan xəbərinin olmadığını bildirmişdi. 
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər