Ru
12:21 / 17 Fevral 2020

Əliyev-Paşinyan debatından erməni mediası nələr yazır? - Sitatlar

1443
Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın panel müzakirələri Ermənistanda şok effekt yaradıb.

Erməni mediası Nikol Paşinyanın səriştəısizliyi və qeyri-peşəkarlığı nəticəsində Azərbaycan liderindən ağır zərbələr aldığını şərh etməkdədir.

Erməni KİV-lərində yer alan sitatlardan bəzilərini diqqətinizə çatdırırıq:

“Münhendə hər şey açıq-aydın bəlli oldu: oyun qaydalarını kim diktə edirdi, kim isə ağ bayraq qaldırmışdı”.
“Paşinyan özünə yer tapa bilmirdi. Çıxışı boyu hərarətlə əl-qolunu oynadırdı. İzləyicilər üçün gülməli personaja çevrilmişdi”.
“Paşinyan çox sönük və özünü itirmiş görünürdü. Sanki dərsini oxumamış tələbədir. İlham Əliyevdən qorxduğu açıq-aydın görünürdü”.
“Erməni xalqını yetəri savada və psixoloji dayanıqlığa malik olmayan insanın təmsil etməsi üzücüdür”.
“Paşinyan sadəcə müzakirəyə hazır deyildi və hiss edilirdi ki, boş demaqoqluqdan savayı deməyə sözü yoxdur”.
“İlham Əliyev müzakirənin predmeti ilə bağlı öz mövqeyini qəti şəkildə ortaya qoydu: “Azərbaycan xalqı Şuşaya və digər işğal olunmuş bölgələrə qayıtmalıdır”.
“Daha bir vacib məqam: İlham Əliyev bir daha qeyd etdi ki, Qarabağ Azərbaycandır və nida işarəsi. Paşinyansa öz növbəsində buna veriləcək bir cavab tapmadı”.
“Paşinyanın göstərdiyi “şou” erməni xalqına ağır psixoloji zərbə oldu”. (Axar.az)
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər