Ru
01:16 / 11 Aprel 2021

Əliyev Putindən niyə “İsgəndər”lə bağlı tələb etmir... – Ekspert

2259
Bəzilərinin istismar etdiyi daha bir mövzu işğalçı Rusiyanın "İsgəndər" raketləri ilə bağlı məsələdir. İrad da odur ki, niyə İlham Əliyev, hökumət çıxıb Rusiyandan hesab tələb etmir, niyə məsələni gizlədir.

Bakupost.az xəbər verir ki, bu sözləri ekspert Natiq Cəfərli “İsgəndər-M” raketinin qalıqlarının Şuşada tapılması barədə sosial şəbəkələrdə gedən müzakirələrə reaksiyasında qeyd edib.

“Şuşada tapılan reket qalıqları ilə bağlı məlumatı ilk kim yaydı? ANAMA. Bu agetlik kimə tabedir? Prezidentə. "İsgəndər"lə bağlı məlumatları TV-lər verdimi? Bəli. Bu məsələ ilə bağlı hakimiyyətdən icazəsiz tualetə belə gedə bilməyın deputatlar, məmurlar, "ictimai xadimlər" danışdımı? Danışdı.

Yaxşı, əgər İlham Əliyev, hökumət bu məsələnin ictimailəşməsini istəməsəydi, olay gündəmə gələrdimi?! Təbii ki, yox.

Deməli siyasət, özü də beynəlxalq siyasət qəliz işdi, öz dili, üslubu, zamanlaması var.

Əliyevi bir çox məsələdə sərt tənqid etmək olar, edirik də, iqtisadi və sosial siyasəti doğru deyil, hüququn üstünlüyü yoxdur, məhkəmələr buyruq quludur, seçki sistemi məhv edilib, gömrük və vergi siyasəti günümüzə adekvat deyil, büdcə korrupsiyası boğaza çıxıb - amma, xarici siyasət, özü də Rusiya kimi aqressiv, köntöy regional güclə, demək olar ki, səhvsiz yürüdülür”.

Ekspert bildirib ki, bu, həmişə belə olmayacaq, Rusiya regionda çox aqressivləşəcək, Kremldən, ümumiyyətlə, xaricdən gələ biləcək basqıları neytrallaşdırmaq üçün mütləq normal parlamentə, güclü sivil topluma, hətta koalision hökumətə ehtiyac yaranacaq. İqtidar bunu nə qədər tez anlasa, bir o qədər dövlətimizə xeyirdir:

“Yaxın 5 ildə ən böyük hədəfimiz Rusiya əsgərinin ölkə ərazidindın çıxartmaqdır - bu bizim müstəqillik, dövlətçilik məsələmizdir, olmazsa-olmazdır...”
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər