Ru
23:43 / 16 Fevral 2019

Elmar Məmmədyarov Almaniyada regional təhlükəsizliyi müzakirə etdi

1737
Münhen Təhlükəsizlik
Konfransı çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Almaniya Federal
Kanslerinin xarici və təhlükəsizlik siyasəti üzrə məsləhətçisi Yan Heker ilə
görüşüb.   BakuPost-un Xarici İşlər
Nazirliyinə istinadən məlumatına görə, görüşdə tərəflər Almaniya və
Azərbaycan arasında mövcud olan əməkdaşlıq münasibətlərinin gündəliyi üzrə
fikir mübadiləsi apardılar və ikitərəfli əlaqələrin cari vəziyyətindən məmnunluq
ifadə etdilər.

  Nazir Elmar Məmmədyarov
qarşı tərəfə bölgədə sülh və təhlükəsizliyə ən böyük maneə olan Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqların hazırkı vəziyyəti
barədə məlumat verdi.

  Tərəflər, habelə
qarşılıqlı maraq və narahatlıq kəsb edən regional və beynəlxalq məsələləri
müzakirə etdilər.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər