Ru
19:54 / 05 Mart 2021

“Elmar Vəliyev deyilənləri dərk etmir” - Həkim rəyi

4195
Bakı Ağır Cinayətlər Məhkəməsində Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə ittiham olunan Yunis Səfərov və daha 11 nəfərin məhkəmə prosesi keçirilib.

"BakuPost" qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə vəkillər vəsatət verərək, E.Vəliyevin prosesdə iştirak etməsini və bəzi suallara cavab verməsini istəyiblər.

Y.Səfərovun vəkili Bəxtiyar Hacıyevin qaldırdığı E.Vəliyevin dindirilməsi barədə vəsatəti digər vəkillər də müdafiə ediblər.

E.Vəliyevin nümayəndəsi Fəxrəddin Səfərov bildirib ki, keçmiş icra başçısının durumu onun məhkəmədə dindirilməsinə imkan vermir.

Hakim Əfqan Hacıyev Türkiyədəki klinikalardan birindən məhkəməyə göndərilmiş həkim rəyini elan edib. Həkim rəyinə əsasən, Elmar Vəliyev deyilənləri dərk etmək, fikrini çatdırmaq iqtidarında deyil. Onun əqli və fiziki durumu buna imkan vermir.

Vəkil Cavad Cavadov sual verib ki, Elmar Vəliyevin əqli və fiziki durumu normal deyilsə, necə olub ki, onu məhkəmədə təmsil edən nümayəndəsinə notarial qaydada etibarnamə verib?

Fəxrəddin Səfərov bu sualı cavablandırmayıb.

Məhkəmə E.Vəliyevin dindirilməsi barədə vəsatəti təmin etməyib.

Prosesdə məhkəmə istintaqının yekunlaşdığını elan olunub. Martın 16-da keçiriləcək növbəti iclasda prokurorun təqsirləndirilən şəxslərə cəza istəyəcəyi gözlənilir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər