Elmira Süleymanovaya yeni vəzifə verildi

  • 10 Dek 2019 14:39
  • 12649 Baxış
Elmira Süleymanovaya yeni vəzifə verildi



Azərbaycanın İnsan Hüquqları üzrə ilk Müvəkkili (Ombudsman) Elmira Süleymanova Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) tam ştatla işə götürülüb.

İndiyədək E.Süleymanova AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda yarımştat baş elmi işçi vəzifəsində çalışıb.


Belə ki, Ombudsman kimi səlahiyyət müddəti başa çatdıqdan sonra o, Neft-Kimya Prosesləri İnstitutunda baş elmi işçi kimi tam ştat işə götürülüb.

Neft-Kimya Prosesləri İnstitutundan "Report"a fakt təsdiqlənib.

Qeyd edək ki, E.Süleymanova 17 iyul 1937-ci ildə Bakı şəhərində anadan olub. 1959-cu ildən AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda fəaliyyət göstərib, laborant, kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışıb. 1967-ci ildə kimya elmləri namizədi, 1980-ci ildə elmlər doktoru elmi dərəcələri alıb, 1982-ci ildə isə professor seçilib.

1997-ci ildən Nyu-York Elmlər Akademiyasının üzvüdür. Neft-kimya sintezi və incə üzvi sintez üzrə mütəxəssisdir. 200-dən çox elmi əsərin, 40 ixtiranın müəllifidir.

E.Süleymanova 2002-2019-cu illərdə Azərbaycanın Ombudsmanı olub.
(report)


  • Mahir Əliyev
    İslahat buna deyərlər.e...Saqqaldan götür.bığa qoy.
  • Mahir Əliyev
    İslahat buna deyərlər.e...Saqqaldan götür.bığa qoy.

X