15:49 / 29 Sentyabr 2021

"Elmlər" metrosu bu gün... - VİDEO

4392
Sosial şəbəkələrdə metronun Elmlər Akademiyası stansiyasının qarşısında izdihamla bağlı görüntü yayılıb.

Bakupost.az xəbər verir ki, video stansiyanın Bakı Dövlət Universitetinin qarşısında yerləşən çıxışında qeydə alınıb.

Görüntülərdə yüzlərlə insanın stansiyanın qarşısında toplaşdığı, sosial məsafənin gözlənilmədiyi, bununla da pandemiya qaydalarının pozulduğu aydın olur.

Sıxlıq bu gündən ali məktəblərdə əyani tədris prosesi ilə bağlıdır.

Xatırladaq ki, bu gün səhər saatlarından etibarən ali məktəblərin giriş qapısında tələbələrin COVID-19 pasportunun olub- olmaması yoxlanılır. Nəticədə, universitetlərin qarşısında kütləvi sıxlıq müşahidə edilir.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər