Elnarə Xəlilova sosial şəbəkə hesabında ərinə dair paylaşım edib.
Bakupost.az "Yeni Sabah"a istinadla xəbər verir ki, o, Rövşən Cahangirovun İTV-də yayımlanan “Cümə axşamı” verilişinin qonağı olacağını bildirib.
Müğənni hər kəsi Saleh Bağırovun aparıcısı olduğu verilişə baxmağa çağırıb: “Bejə (bu gecə - red.) hamı İTV-yə baxsın”.
Rövşən Cahangirov Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, Mətbuat xidmətinin rəhbəridir.
Elnarə Xəlilova da DSX-nın əməkdaşı və rütbəcə kapitandır. O, xidmətini və musiqi fəaliyyətini paralel davam etdirir.
Xəlilova-Cahangirov cütlüyünün 4 övladı var.