Ru
12:00 / 02 Noyabr 2019

“Əlvida, Şmidt!”in Gürcüstanda təqdimatı keçirildi (FOTO)

3769

Gürcüstanın paytaxtı Tbilisidə rejissor Əli-Səttar Quliyevin “Əlvida, Şmidt!” tammetrajlı tragikomediya filminin təqdimatı olub.


BakuPost xəbər verir ki, filmin nümayişində Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstan parlamentinin deputatları Savalan Mirzəyev, Gerogi Mosidze, Marneuli Rayon İcra Hakimiyyətinin başçısı Zaur Darğallı, kino, teatr xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə “Mozalan” studiyasında tragikomediya janrında çəkilən film etnik almanların Azərbaycana köçürülməsinin 200 illiyinə həsr olunub. Filmin əsas qəhrəmanı, Göygöl rayonunda anadan olmuş alman əsilli Emil Şmidt dəfələrlə Almaniyanın Bakıdakı səfirliyinə müraciət edərək Almaniyaya getmək istəyir. Lakin onun bütün cəhdləri boşa çıxır və o yenidən doğma Vətənə qayıtmalı olur.


Filmin ssenari müəllifi Rüstəm Babazadədir. Səhnə əsərində əsas rolları Azər Aydəmir (Emil Şmidt), Əməkdar artist Rasim Cəfər (taksi sürücüsü Rasim), gürcü aktrisa Mariam Kitia (Nana, fotoqraf), Əlixan Rəcəbov (Tərlan), Günel Məmmədova (Emil Şmidtin həyat yoldaşı), Qurban İsmayılov (Famil dayı), Azərbaycanın Xalq artisti, Şöhrət ordenli Rasim Balayev (polis mayoru), Rafiq Əliyev (həkim) ifa edirlər.


Film alqışlarla qarşılanıb. Sonra səfir Dursun Həsənov aktyorlarla görüşüb, onlara yaradıcılıq uğurları arzulayıb.








Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər