Ru
20:48 / 24 Aprel 2019

Əmək bazarına effektli nəzarət sistemi yaradılır

1494
Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Azərbaycanda Amerika Ticarət Palatasının
("AmCham Azərbaycan”) nümayəndələri ilə görüş olub.

 

BakuPost.az xəbər verir ki,
görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham
Əliyevin ölkəmizdə dayanıqlı sosial-iqtisadi inkişafı təmin edən siyasətində
sahibkarlığın inkişafının dövlət tərəfindən dəstəklənməsinin xüsusi yer
tutduğunu vurğulayıb. Nazir respubikamızda biznes və investisiya mühitinin
yaxşılaşdırılması və şəffaflaşdırılması istiqamətində mühüm addımların
atıldığını, nəticədə özəl sektorun ölkə iqtisadiyyatında çəkisinin əhəmiyyətli
şəkildə artdığını qeyd edib.
  S.Babayev əmək,
məşğulluq, sosial müdafiə sahələrində islahatların geniş miqyas aldığını deyib.
O, əmək qanunvericiliyinin təkmilləşdirilməsi və əmək bazarına, işçilərin
hüquqlarının təminatına müasir texnologiyaların tətbiqi əsasında operativ və
effektli nəzarət sisteminin yaradılması istiqamətində görülən işləri diqqətə
çatdırıb.   Nazir yeni
qurulan "Məşğulluq” altsisteminin məşğulluq xidmətlərinin keyfiyyətinin və
çevikliyinin artırılması, işsiz və işaxtaranlara əlçatanlığının təmin
olunmasına imkan verdiyini deyib. Bildirib ki, bu altsistem, eyni zamanda,
işəgötürənlərin, o cümlədən "AmCham Azərbaycan”da təmsil olunan şirkətlərin
müvafiq peşə və ixtisaslar üzrə işçi qüvvəsinə tələbatlarının ödənilməsi
mexanizminin təkmilləşməsinə şərait yaradır.   Nazirliyin
"AmCham Azərbaycan”la fəal əməkdaşlıq həyata keçirdiyini diqqətə çatdıran S.Babayev
qeyd edib ki, Palatanın biznes mühiti ilə bağlı müşahidə və tövsiyələrdən
ibarət "Ağ sənəd” layihəsində əmək və məşğulluq, sosial sığorta məsələləri ilə
bağlı təklif və tövsiyələr də yer alır. Palatanın nümayəndələri ilə mütəmadi
təşkil edilən belə görüşlərdə həmin təklif və tövsiyələrin öyrənilməsi əmək
qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində aparılan işlərdə önəmlidir.   "AmCham
Azərbaycan”ın prezidenti Nuran Kərimov əmək, məşğulluq, sosial müdafiə və
təminat sahələrində aparılan islahatları maraqla izlədiklərini deyib. O, əmək
və məşğulluq, sosial sığorta sahələrində həyata keçirilən islahat tədbirlərinin
də əmək bazarı iştirakçılarının qanuni mənafelərinin daha dolğun təminatı
baxımından əhəmiyyətini qeyd edib.   Görüş zamanı aparılan islahatlar,
əmək bazarının tənzimlənməsi istiqamətində görülən işlərlə bağlı fikir
mübadiləsi aparılıb, Palatanın təhsil və əmək məzuniyyətləri, ezamiyyə
qaydaları və sosial sığorta ödənişlərinin optimallaşdırılması ilə bağlı təklif
və tövsiyələri müzakirə olunub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər