Ru
09:03 / 13 Sentyabr 2019

Əməliyyat olunan İsgəndər Həmidovun son durumu

1467

Türkiyədə əməliyyat olunan sabiq daxili işlər naziri, Azərbaycan Xalq Hərəkatının təsisçisi İsgəndər Həmidovun sağlıq durumu normaldır.



BakuPost az xəbər verir ki, bu barədə modern.az-a Azərbaycan Liberal Demokrat Partiyasının sədri, Azərbaycan Xalq Hərəkatının idarə heyətinin üzvü Fuad Əliyev məlumat verib. O, bildirib ki, ailə üzvləri də İsgəndər bəyin yanındadır:


“Bildiyim qədərilə, yanında ailə üzvlərindən kənar şəxs yoxdur. Əvvəl onun sentyabrın 10-15-i Bakıya gələcəyi güman edilirdi. İndi isə bu tarix dəqiq deyil. Yəqin ki, həkim rəyindən sonra İsgəndər Həmidovun Bakıya qayıdacağı tarix məlum olacaq”.


Qeyd edək ki, sentyabrın sonunda İ. Həmidovun rəhbərlik etdiyi Xalq Hərəkatının qurultayı gözlənilir. Onun səhhətində problem olmazsa, qurultayda şəxsən iştirak edəcəyi bildirilib.


Xatırladaq ki, bu il mayın 19-da axşam saatlarında halı pisləşən sabiq daxili işlər naziri, müayinə üçün Türkiyəyə aparılıb. Orda müayinə olduqduqdan sonra vətənə qayıdıb. Sentyabrın 6-da isə o, Türkiyənin "Gülhanə” hərbi Tibb Akademiyasında açıq ürək əməliyyatı keçirib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər