Emin Ağalarov Leyla Əliyevanı belə təbrik etdi - FOTO

  • 03 İyl 2020 08:21
  • 3923 Baxış
Emin Ağalarov Leyla Əliyevanı belə təbrik etdi   - FOTO



Xalq artisti Emin Ağalarov keçmiş həyat yoldaşı Leyla Əliyevanı doğum günü münasibətilə təbrik edib.

Bu barədə Emin Ağalarov öz “Instagram” səhifəsində status paylaşıb.

“Ad günün mübarək, Leyla. Sən əsl dost, heyrətamiz ana və həyat yoldaşısan. Heç nə səni dayandıra bilməz”.

Xatırladaq ki, cütlük uzun illər ailəli olub. Onların bu evlilikdən əkiz oğlanları var.

Qeyd edək ki, bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya Ədalət” kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri, Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq İctimai Birliyinin (IDEA) təsisçisi və sədri Leyla İlham qızı Əliyevanın doğum günüdür.

Prezident İlham Əliyevin böyük qızı Leyla Əliyeva 3 iyul 1985-ci ildə dünyaya gəlib.
1989-2000-ci illərdə Bakı şəhərində 160 saylı tam orta məktəbdə təhsil alıb.
2000-ci ildə orta məktəbi bitirib və Avropa Biznes Məktəbinə daxil olub.

2006-2008-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun magistratura pilləsində təhsil alıb.

10 may 2007-ci ildən Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, 2011-ci ildən isə Fondun vitse-prezidentidir.
3 uşaq anasıdır.





X