Ru
15:01 / 13 Dekabr 2019

Əmisini butulka ilə vurub öldürdü, sonra yandırdı – MƏHKƏMƏ

1314
Bakı Ağır Cinayətlər Məhkəməsində əmisini öldürüb daha sonra evini yandıran Məzahir Şıxməmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

BakuPost.az-ın məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən iclasda anket məlumatları dəqiqləşdirilib.


Məhkəmə baxışı dekabrın 16-a təyin edilib.

Qeyd edək ki, hadisə bu il martın 8-də "Gənclər Şəhərciyi" yaşayış kompleksi, giriş 76, ev 11 ünvanında baş verib. Həmin mənzildə çarpayıda yanmış kişi meyiti aşkarlanıb.

Abşeron Rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı müəyyən olunub ki, yanğın zamanı dünyasını dəyişən Şıxməmmədov Namiq Kamal oğlunun sifət nahiyysində sınıq xəsarətləri var. Araşdırmalarla bu hadisəni mərhumun qardaşı oğlu, 1996-cı il təvəllüdlü Şıxməmmədov Məzahir Ehtiram oğlunun törətdiyi və izi itirmək məqsədilə mənzilə od vurduğu məlum olub.

Hadisəni törədən şəxs yaşadığı Sumqayıt şəhər, 17-ci mikrorayon, ev 18, mənzil 38 ünvanında saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə gətirilib.

Saxlanılan şəxs dəhşətli cinayəti spirtli içki qəbul etdikdən sonra törətdiyini etiraf edib.
Məzahir Şıxməmmədov əmisi ilə aralarında münaqişə olduğunu deyib: “Aramızda dəfələrlə münaqişə olub, nalayiq ifadələr işlədib, üstümə bıçaq çıxardıb. Bir dəfə keçmişəm, iki dəfə keçmişəm. Amma sonuncu dəfə dözmədim. Əslində, öldürmək planım olmayıb”.

O, əmisini ölümcül döydüyünü də bildirib: “Əvvəlcə 5-6 yumruq vurdum. Sonra isə üzünə və başına butulka ilə zərbə endirdim. Mənzili yandırıb oradan uzaqlaşdım

Ona Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham verilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər