Ru
09:18 / 20 Fevral 2021

Ən etibarlı avtomobillər - SİYAHI

1802
Amerikanın “J.D. Power” şirkəti müxtəlif avtomobil markalarının etibarlılığının tədqiqatını aparıb.

“Bakupost” xəbər verir ki, bununla bağlı məlumatı şirkət yayıb.

Analitiklər buraxılış tarixi 2018-ci il olan 33 251 avtomobilin sahibi arasında sorğu keçiriblər. Suallar son 12 aylıq istifadədə yaranan problemlərə aid olub və səkkiz əsas kateqoriya üzrə toplanılmış 177 spesifik problemi əhatə edib.

Ən etibarlı marka kimi “Lexus” şirkətinin avtomobili tanınıb. Siyahıda ikinci yerdə “Porsche” avtomobilləri qərarlaşıb, üçüncü yeri isə “Kia” maşınları tutub. Bu halda tədqiqatın müəllifləri qeyd ediblər ki, Koreya istehsalçısı kütləvi bazarın markaları arasında ən yüksək yeri tutub.

İlki beşliyə həmçinin “Toyota”, “Buick” və “Cadillac” da daxil olub.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər