Ru
12:33 / 09 Oktyabr 2019

Ər arvadını vəhşicəsinə döyüb öldürdü - YENİLƏNİB

2362
Abşeron rayonunda arvadını döyərək öldürən şəxs tutulub.

Hadisə Abşeron rayonu Masazır qəsəbəsi, "Qurtuluş 93" bina 51 ünvanında qeydə alınıb.

Belə ki, Aynurə Abdullayeva ailə münaqişəsi zəmnində əri Yaqub Qurbanov tərəfindən döyülüb. Baş və bədəninin müxtəlif nahiyələrindən ağır xəsarətlər alan qadın qonşuların köməkliyi ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq qadının həyatını xilas etmək mümkün olmayıb. Qadın aldığı xəsarətlərdən yerləşdirildiyi xəstəxanada ölüb.

Y.Qurbanov polsi əməkdaşları tətəfində saxlanılaraq istintaqa cəlb edilib.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.

***
12:10

Abşeronda ər arvadını döyərək öldürüb.


Hadisə Abşeron rayonu Masazır qəsəbəsi, "Qurtuluş 93" bina 51 ünvanında qeydə alınıb.

Belə ki, Abdullayeva Aynurə Bəhmən qızı əri tərəfindən döyülüb. Qadın aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb.
(report)
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər